AZ

Zelenski: "Pokrovsk uğrunda şiddətli döyüşlər gedir"

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Pokrovsk şəjəri istiqamətindəki vəziyyətin gərgin olaraq qaldığını, lakin orada Ukrayna qüvvələrinin mühasirəyə düşmədiyini bəyan edib.

Ukrayna mətbuatının məlumatına görə, Zelenski deyib: "Pokrovskda vəziyyət mürəkkəbdir. Bu istiqamətdə təxminən 170 min düşmən əsgəri cəmləşib. Bu, çoxdur. Bu səhər Baş komandanla danışdım - Pokrovsk istiqamətində heç bir dəyişiklik yoxdur".

Zelenskinin sözlərinə görə, ağır döyüşlərə baxmayaraq, Ukrayna müdafiə qüvvələri Rusiya qoşunlarını məhv etməyə davam edir. O, Rusiya rəhbərliyinin şəhəri ələ keçirməyi qarşısına məqsəd qoyduğu üçün Pokrovsk uğrunda "ciddi döyüş" getdiyini vurğulayıb.

Zelenski deyib: "Əlbəttə ki, cəbhədə hər tərəfdən düşmənlərlə gərgin vəziyyət var. Kursk əməliyyatını xatırlayırsınız? Məlumatları xatırlayırsınız? Çoxlu sayda fərqli hekayələr vardı. Gah 5000, gah da 8000 nəfər hərbçimizin  mühasirəyə alındığını deyirdilər. Hamısı yalan xəbərlər idi".

Hürr Tərcüman

 

Seçilən
19
hurriyyet.az

1Mənbələr