AZ

Fransızların 80% i Makrona etibar etmir

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Fransa Prezidenti Emmanuel Makronun ictimai dəstəyi tarixi minimuma enib. “Verian Group”un sorğusuna görə, iştirakçıların 80%-i Makrona etibar etmədiyini bildirib.

Bakupost.az “Le Figaro” qəzetinə istinadən xəbər verir ki, Fransada yaşanan siyasi və iqtisadi böhran Makronun prezidentliyi dövründə ən çətin mərhələyə keçib.

Qəzetin dərc etdiyi son rəy sorğusuna əsasən, Makronun dəstək səviyyəsi 11%-ə qədər geriləyib.

Bu ayın əvvəlində impiçment təşəbbüsündən cüzi fərqlə xilas olan prezidentin cəmiyyət qarşısında etibar itkisi daha da dərinləşib.

Makron 2024-cü il Avropa Parlamenti seçkilərində ittifaqının ağır məğlubiyyətindən sonra Milli Assambleyanı buraxmaq qərarı vermişdi. Lakin bu addım gözlənilən nəticəni vermədi. Nəticədə yaranan “asılı parlament” mənzərəsi qanunvericilik prosesini demək olar ki, iflic vəziyyətinə salıb.

2017-ci ildə hakimiyyətə gəldikdən bəri Makron yeddi baş naziri dəyişib. Eduard Filippdən Fransua Bayruya qədər bir çox siyasətçi postunu tərk edib. Sonuncu dəfə Baş nazir Sebastyen Lekornu büdcə qanunu ətrafında yaranan parlament böhranı səbəbindən istefa versə də, qısa müddət sonra yenidən vəzifəyə qaytarılıb.

Makrona olan ictimai etimadın azalmasının başlıca səbəbləri arasında iqtisadi narahatlıqlar dayanır. Artan dövlət borcu, böyüyən büdcə kəsiri və beynəlxalq reytinq agentliklərinin Fransanın kredit göstəricilərinə mənfi baxışı prezidentə olan etibarı əhəmiyyətli dərəcədə zəiflədib.

“Verian Group”un apardığı sorğuya görə, respondentlərin 80%-i Makrona etimad göstərmədiyini bildirib. Bununla da onun reytinqi 2016-cı ildə oxşar səviyyəyə düşən sabiq prezident Fransua Ollandın göstəriciləri ilə bərabərləşib.

Siyasi təhlilçilərin fikrincə, həm iqtisadi, həm də siyasi sahədəki böhran Makronun ikinci prezidentlik müddətinin sonuna qədər davam edəcək. Əhalinin artan narazılığı Yelisey sarayında təzyiqi daha da gücləndirir.

Cavid, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
www.bakupost.az

1Mənbələr