AZ

ƏƏSMN dən açıqlama: Xərclərin artımı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

2025-ci ilin yanvar-sentyabr ayları üzrə Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 480 milyon manat artdığı açıqlanıb. DSMF bildirir ki, xərclərin 96,9%-ni əhaliyə ödənişlər təşkil edib. 2025-ci ilin yanvar-sentyabr aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 73,5 min vahid və ya 3,47% artaraq 2 188 mindən çox təşkil edib. Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 11,9 min, fiziki şəxslər üzrə 58,3 min, torpaq mülkiyyətçiləri üzrə isə 3,3 min vahiddən çox artıb. 2025-ci ilin yanvar-sentyabr ayları üzrə Dövlət Sosial Müdafiə Fondunun xərcləri 480 milyon manat artıb. Xərclərin 96,9%-ni əhaliyə ödənişlər təşkil edib.Bu xərclərin artımı əsasən hansı istiqamətlər üzrə qeydə alınıb?Əmək pensiyalarında və sosial müavinətlərdə hansı dəyişiklər bu artıma səbəb olub?Bu artımın sosial müdafiə sisteminə təsiri necə qiymətləndirilir?

Yaranan suallara cavab tapmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info portalının sorğusuna cavab olaraq bildirilib: “Ötən ilin müvafiq dövrü (yanvar-sentyabr) ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun xərclərinin artımı əsasən pensiya xərclərinin artması ilə bağlı olub. Xərclərin artımına əsasən cari ilin əvvəlində əmək pensiyasının minimum məbləğinin artırılması, orta aylıq nominal əməkhaqqının illik artımı əsasında pensiyaların indeksləşdirilməsi, habelə hamiləliyə və doğuşa görə müavinət ödənişlərinin artımı təsir edib. Xərclərin artımı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
icma.az

1Mənbələr