AZ

“Bizə toxunmasalar, bu müharibəyə qarışmayacağıq” Lukaşenko belaruslara söz verir

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Belarus hücuma məruz qalmadığı təqdirdə hərbi əməliyyatlara cəlb olunmayacaq.

“AzPolitika” “BelTA” agentliyinə istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Prezident Aleksandr Lukaşenko ökədəki qoruqların birinə səfəri zamanı sakinlərlə görüşündə deyib.

"Belarusun sahib olduğu və ölkənin istehsal edə biləcəyi şeylərə tələbat var. Amma indi qeyri-müəyyən, anlaşılmaz dövrdür, ona görə də biz dözməliyik. Əgər dözsək, uşaqlarımız yaşayacaq. Dözməsək, bu uçuruma qərq olacağıq", - deyə Lukaşenko bildirib.

O qeyd edib ki, hazırda dünyada əllidən çox silahlı münaqişə gedir və Belarus daha bir münaqişənin tərəfi olmaq niyyətində deyil.

"Sizə söz verirəm ki, biz döyüşmək istəmirik, əgər bizə toxunmasalar, bu müharibəyə qarışmayacağıq. Bu, məhz prezidentin və hökumətin əsas vəzifəsidir", - deyə Belarus lideri əlavə edib.

O qeyd edib ki, bəzi qonşu dövlətlər hazırda ÜDM-nin 5%-ə qədərini müdafiəyə xərcləyirlər - bu rəqəm bu cür siyasətin məqsədi ilə bağlı suallar doğurur. Dövlət başçısı əlavə edib ki, “keçmişdə baş verdiyi kimi, Belarus və ya Ukraynanın qərb ərazilərini ələ keçirmək cəhdləri uğursuzluğa məhkumdur”.

“Əgər çəkmələrinizlə icazəsiz bizə gəlsəniz, sizə zərbə endirəcəyik", - deyə Lukaşenko xəbərdarlıq edib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
azpolitika.info

1Mənbələr