AZ

Hakan Fidan: Türkiyənin Avropa Birliyinə qatılması prosesində AB-dən qətiyyətli addım gözləyirik

Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada səfərdə olan Estoniya xarici işlər naziri Margus Tsahkna ilə Türkiyənin Avropa Birliyinə qatılma prosesini müzakirə edib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Hakan Fidan Türkiyənin AB-nə üzvlük prosesində göstərilən köməyə görə Estoniyaya təşəkkür edib.

Nazir Avropa Birliyinin daha qətiyyətli addım atmasının zəruri olduğunu vurğulayıb:

“Tez-tez vurğuladığımız bir məqam var: Zamanın ruhu, Türkiyə–Avropa İttifaqı münasibətlərinə uzunmüddətli maraqlarımız baxımından yanaşmağı zəruri edir. Cənab Prezident bu mövzuda iradəmizi açıq şəkildə ortaya qoyub. Eyni qətiyyəti Avropa İttifaqı tərəfi də nümayiş etdirərsə, Türkiyənin namizədlik prosesində yaşanan tıxanmaların aradan qaldırıla biləcəyinə inanırıq”.

Seçilən
19
3
apa.az

4Mənbələr