AZ

Mərakeşdə DƏHŞƏT: 8 yaşlı qız yeddi aylıq körpəni döyərək ÖLDÜRDÜ – VİDEO(18+)

Mərakeşdə uşaq zorakılığı ilə bağlı dəhşətli hadisə baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Mərakeşdə uşaq baxçasında baş verən faciəvi hadisə ölkədə geniş rezonans doğurub. 8 yaşlı qızın 7 aylıq körpəyə qarşı zorakılıq göstərməsi ilə bağlı görüntülər sosial mediada yayılıb.

Hadisə ilə əlaqədar uşaq müəssisəsinin direktoru və tərbiyəçisi saxlanılıb. Polis hadisəni araşdırır və ekspertlər hadisənin psixoloji aspektlərini qiymətləndirir.

Yerli hakimiyyət orqanları bildiriblər ki, bu hadisə uşaq müəssisələrində nəzarətin gücləndirilməsi və uşaqların təhlükəsizliyinin təmin olunması zərurətini bir daha gündəmə gətirib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
20
interpress.az

1Mənbələr