AZ

Ərdoğan: Rusiya və Ukrayna yaxın zamanda sülh üçün kompromis tapa bilər

BAKI, 31 oktyabr. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında sülh danışıqlarının müsbət nəticələnəcəyinə ümid etdiyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə İstanbulda keçirilən "TRT World Forumu"da çıxışı zamanı bildirib.

"Ukraynada müharibə artıq dördüncü ildir davam edir. Biz ilk gündən ədalətli və uzunmüddətli sülhün təmin olunması üçün məsuliyyət götürmüşük. Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşlərimizdə atəşkəsin əldə olunmasına və dayanıqlı sülhün qurulmasına dəstək verəcəyimizi bəyan etmişik. Ümid edirəm ki, yaxın zamanda tərəflər kompromisə gələrək iki qonşu xalqın yenidən sülh içində yaşamasına imkan yaradacaqlar",- Ərdoğan qeyd edib.

Ölkə başçısı əlavə edib ki, Türkiyə bundan sonra da Ukraynada sülhün bərpası istiqamətində səylərini davam etdirəcək.

Seçilən
8
teleqraf.com

1Mənbələr