AZ

Slovakiyadan Avropaya açıq mesaj - Ukraynaya bir qəpik də verməyəcəyik…


Slovakiyanın Baş naziri Robert Fiko iki il ərzində Ukraynanın maliyyələşdirilməsinə töhfə verməyəcəklərini bildirib.

Fiko bildirib ki, Avropanın ABŞ-dan silah alıb Ukraynaya hədiyyə etməsi gülünc görünür: “Mən ABŞ prezidenti olsaydım, əlimi ovuşdurardım. Biz də eyni şeyi deyirik: kimsə bizdən silah və ya sursat almaq istəyirsə buyursun, ala bilər. Amma biz heç kimə pulsuz bir şey verməyəcəyik”.

Aİ-nin 2026 və 2027-ci illərdə Ukraynanın hərbi ehtiyaclarını təmin etmək planına da toxunan Fiko deyib ki, Slovakiya növbəti iki il ərzində Ukraynanın hərbi xərclərinin maliyyələşdirilməsi ilə bağlı heç bir zəmanəti imzalamayacaq. Slovakiya Kiyevin maliyyələşdirilməsinə bir qəpik də verməyəcək".

Fiko Trampın bu məsələdə çox rasional davrandığını da vurğulayıb: "Mənim üçün bu, ABŞ prezidenti Donald Trampın nə qədər rasional lider olduğunu təsdiqləyir. Bir mənada o, haqlıdır. Avropa Amerika hərbi mövcudluğuna güvənərək lüks içində yaşayır. Hər şeyin yaxşı olduğunu və hərbi mövcudluğun davam edəcəyini düşünsək də, ABŞ başqa yerdə bu hərbi mövcudluğa ehtiyacı olduğunu bildirdi".

Fiko bildirib ki, Trampın praqmatik mövqeyi onu nə təəccübləndirir, nə də narahat edir.

TAHİR

Seçilən
12
baki-xeber.com

1Mənbələr