Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Levante”nin hücumçusu Etta Eyonq mövsümün sonunda komandasını tərk edə bilər.
QOL.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə “Barselona” və “Real Madrid” maraqlanır. Bundan əlavə, İngiltərə Premyer Liqasının nəhəngləri – “Mançester Siti”, “Mançester Yunayted” və “Arsenal” da kamerunlu forvardı izləyir.
Eyonq yanvarda klubunu dəyişmək istəsə də, bu keçidin 2026-cı il dünya çempionatından sonra reallaşacağı ehtimal olunur – əgər hansısa komanda qışda risk edib onu transfer etməsə.
Gənc hücumçu cari La Liqa mövsümündə 10 oyunda 6 qol vurub və bombardirlər siyahısında yalnız “Real”ın futbolçusu Kilian Mbappedən geri qalır. Onun aktivində həmçinin 3 məhsuldar ötürmə var.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.