AZ

Nüvə sınaqlarının bərpası Trampın Nobel Sülh Mükafatı şansını azaltmayacaq -ŞƏRH

ABŞ administrasiyasının nüvə sınaqlarını bərpa etmək qərarı Prezident Donald Trampın “sülh təşəbbüskar” imicinə və Nobel Sülh Mükafatına namizədliyinə zərbə vura bilər. 

Bəs Tramp sülh mükafatına namizədliyinə əngəl olmasına rəğmən yenədə bu addımı atacaqmı?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, ABŞ Prezidentinin nüvə sınaqlarını bərpa etməsi xüsusilə Rusiyaya cavab olaraq həyata keçirilib, çünki Rusiya ötən gün dənizaltı torpedo və nüvə enerjisini işləyən silahını nümayiş etdirib:

"Bundan əlavə, Vladimir Putin nüvə təlimlərinə də start verib. Bu addımlar Amerika Birləşmiş Ştatlarının Rusiyanın artan aqressiyasına qarşı bir reaksiya kimi qiymətləndirilir. Beynəlxalq siyasi nizamın qurulmasında hərbi təhdidlər və silahlanma yarışları mühüm rol oynayır. ABŞ dünyada əsas güc mərkəzlərindən biri kimi, qlobal siyasi nizamın formalaşmasında önəmli yer tutur və ona qarşı gələn qüvvələri, xüsusilə Rusiyanın artan aqressiyasını neytrallaşdırmaq üçün belə addımlar atır. Eyni zamanda, Donald Tramp Nobel Sülh Mükafatına namizəddir və bir çox münaqişələri həll etdiyini vurğulayır. Lakin, nüvə silahlarının bərpa edilməsi ilə bağlı onun Nobel Sülh Mükafatı alması mümkündürmü? Məncə, bu vəziyyət onun mükafat almasına mane olmayacaq, çünki nüvə sınaqları bəzi hallarda aqressorları geri çəkmək üçün çəkindirici faktor rolunu oynayır. Rusiyanın aqressiv siyasətini neytrallaşdırmaq məqsədilə ABŞ bu sınaqları həyata keçirir. Buna görə də, mən hesab edirəm ki, bu sınaqlar Donald Trampın Sülh Nobel Mükafatını almasına təsir etməyəcək".

Xədicə BAXIŞLI

Seçilən
14
1
redaktor.az

2Mənbələr