AZ

Vəfa Allahverdiyevaya hökm oxundu

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyevanın məhkəmə araşdırması başa çatıb.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən Vəfa Allahverdiyeva dəymiş ziyanı ödədiyindən cinayət işinə xitam verilib. Onunla birgə mühakimə edilən Təranə Bağırovaya isə 5 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Qeyd edək ki, Vəfa Allahverdiyeva ötən ilin sentyabrına kimi Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun müavini işləyib. O, eyni zamanda icra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini icra edib. V.Allahverdiyeva həbsdə deyildi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
10
globalinfo.az

10Mənbələr