Türkiyə məhkəməsi Kartalkaya xizək kurortundakı yanğında 32 təqsirləndirilən şəxsdən 11-ni ömürlük həbs cəzasına məhkum edib.
Musavat.com xəbər verir ki, məhkum edilənlər arasında hotel sahibi Halit Ergül, həyat yoldaşı və iki qızı da var.
Yanğın 21 yanvar gecəsi "Grand Kartal Hteli"ndə baş verib. Hadisə nəticəsində 78 nəfər həlak olub, 130 nəfər isə yaralanıb.
Müstəntiqlərin açıqlamasına görə, yanğın dördüncü mərtəbədəki restoranda elektrik qrilinin həddindən artıq qızması və qısaqapanma mühafizə cihazının olmaması səbəbindən başlayıb. Yanğının sürətlə yayılmasına açıq qapılar, taxta örtüklər və kifayət qədər çıxışların olmaması səbəb olub.
Musavat.com