AZ

"İmişli"nin apellyasiya şikayəti təmin olunmadı - texniki məğlubiyyət qüvvədə qaldı

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin “İmişli”yə texniki məğlubiyyət və cərimə cəzası verilməsi ilə bağlı qəbul etdiyi qərar qüvvədə saxlayıb.

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

“İmişli” PFK tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyib.

13.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun “İmişli” – “Sumqayıt” oyununun 67-ci dəqiqəsində meydan sahiblərinin heyətində adı protokolda olmayan İbrahim Əliyev oyuna daxil olduğuna görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilməsi və 5000 manat cərimə edilməsi barədə İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.

saytlarin hazirlanmasi

Seçilən
13
1
sportal.az

2Mənbələr