AZ

"Qalatasaray" Osimhen üçün astronomik qiymət müəyyənləşdirdi

“Qalatasaray” növbəti transfer pəncərəsində hücumçusu Viktor Osimhen üçün gələcək təkliflərə qarşı sərt mövqe tutub.

Fanat.Az xəbər verir ki, “Cim-Bom” nigeriyalı ulduzu 75 milyon avroya heyətinə qatmışdı və klub rəhbərliyi onun dəyərinin artıq daha yüksək olduğunu hesab edir. 

İstanbul təmsilçisi Osimhen üçün 140 milyon avrodan az olan bütün təklifləri rədd etməyə qərar verib.

"Türkiyə" qəzetinin məlumatına görə, “Qalatasaray” rəhbərliyi futbolçunun Çempionlar Liqasındakı performansının ardından Avropa nəhənglərinin marağının artdığını düşünür. Xüsusilə İngiltərə və İtaliya klublarından təkliflərin gələcəyi gözlənilir.

Klub daxilindən sızan məlumata əsasən, “aslanlar” yalnız rekord səviyyəli təklif olacağı halda nigeriyalı hücumçunun satışını nəzərdən keçirəcək.

Kamil Xudiyev

Seçilən
2
fanat.az

1Mənbələr