AZ

Zığda qayda pozan sürücü qarşıdan gələn maşınla az qala toqquşacaqdı VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Suraxanı rayonu, Zığ qəsəbəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 30-da saat 07:39 radələrində qeydə alınıb. Kadrdan göründüyü kimi, 77-FP-427 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü yolayrıcının keçilməsi qaydasını pozub. Belə ki, sola dönmək istəyən sürücü əks istiqamətdən gələn nəqliyyat vasitəsini gözləmədən yolayrıcına daxil olub və qəza şəraiti yaradıb. Görüntünü qeydə alan sürücü təhlükəni vaxtında görərək dayanıb, ardınca maşını geriyə çəkərək qayda pozan şəxsə yol verib.

Qeyd edək ki, yolayrıcında sola dönən sürücü hər zaman qarşıdan gələn nəqliyyat vasitələrinə keçid üstünlüyü verməlidir. Bu qaydaya əməl olunmaması qəza riskini artırır və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atır.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
avtosfer.az

1Mənbələr