Son zamanlar paytaxtda və ətraf ərazilərdə skuterlərdən istifadə artmaqdadır.
Avtosfer.az xəbər verir ki, bir çox vətəndaş bu nəqliyyat vasitəsini həm tıxacdan yayınmaq, həm də sürücülük vəsiqəsi tələb olunmadığı üçün daha əlverişli hesab edir. Şəhərdə artıq kifayət qədər skuter dayanacaqları və onlar üçün yaradılmış şərait olsa da, bu sahədə hələ də bəzi çətinliklər qalır.
Bakı–Sumqayıt istiqamətində hərəkət edən bir sürücü yol kənarına atılmış skuterlə bağlı öz sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, həmin skuter artıq dörd gündür eyni yerdə qalır. “20 Yanvar” dairəsindən “Şamaxinka” istiqamətində yolun ortasında atılan skuterin, ehtimal olunur ki, enerjisi tükənib və o, nəqliyyat vasitəsini tunelin çıxışında ataraq ərazidən uzaqlaşıb.
Belə kimi hallar təkcə bu istiqamətdə deyil, digər yollarda da müşahidə olunur. Bu səbəbdən, hər bir vətəndaş və sürücü yollarda daha diqqətli olmalı, digərlərinə maneə yarada biləcək hərəkətlərdən çəkinməlidir.
Fidan