AZ

Razılaşma: yenidən İstanbulda görüşəcəklər

Hurriyyet.az xəbər verir ki, Kabul və İslamabad yenidən İstanbulda görüşmək barədə razılığa gəliblər.

Əfqanıstan ilə Pakistan normallaşma istiqamətində atılacaq addımları müzakirə etmək üçün İstanbulda danışıqları davam etdirəcəklər.

Əfqanıstan hökumətinin mətbuat katibi Zəbihullah Mücahidin sözlərinə görə, razılaşmalar İstanbulda keçirilən məsləhətləşmələr zamanı əldə edilib. Açıqlamada bu məsləhətləşmələrə Qətərin də daxil olduğu bildirilir.

Mücahid deyib: "İstanbul danışıqları mahiyyətcə mürəkkəb olsa da, tərəflərin həll olunmamış məsələləri müzakirə etmək üçün yenidən görüşmək barədə razılığa gəlməsi ilə başa çatıb".

Mücahidin sözlərinə görə, tərəflər bir-birinin maraqlarını qarşılıqlı şəkildə nəzərə almağa əsaslanan dialoq qurmağa çalışırlar. O, vasitəçilik səylərinə görə Ankara ilə Dohaya təşəkkür edib.

Növbəti görüşün 6 noyabrda İstanbulda keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Əfqanıstan ilə Pakistan arasında münaqişə oktyabrın 15-də baş verib. Tərəflər sərhəd boyunca atəş açıblar, ardından atəşkəs barədə razılıq əldə edilib.

Hürr Tərcüman

 

Seçilən
14
1
hurriyyet.az

2Mənbələr