ain.az, Hurriyyet portalına istinadən məlumat verir.
Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa Siyasi Birliyinin İrəvanda keçiriləcək sammitində iştirak edib-etməyəcəyi barədə hələlik konkret məlumat yoxdur. Bu barədə "RİA Novosti" agentliyinə Türkiyə liderinin ofisindən məlumat verilib.
Bir müddət əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Türkiyə prezidentlərinin Avropa Siyasi Birliyinin gələn ilin yazında keçiriləcək 8-ci sammitində iştirak etmək üçün İrəvana dəvət olunduğunu bildirmişdi.
Hürr Tərcüman
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.