AZ

Pamela Anderson makiyajsız həyatın gözlənilməz üstünlüklərini açıqladı

Amerikalı aktrisa və kanadalı model Pamela Anderson makiyajdan imtinanın həyatında yaratdığı dəyişikliklərdən danışıb.

Tribunainfo.az xarici mətbuata istinadən  xəbər verir ki, 58 yaşlı “Malibu xilasçıları” (“Baywatch”) ulduzu makiyajsız yaşamağın ona daha çox azadlıq və özünə inam qazandırdığını bildirib.

Anderson etiraf edib ki, kosmetikadan tamamilə imtina etmək onun üçün asan olmayıb:

“Bu, üzərində işlənməli bir bacarıqdır – istər makiyajla, istərsə də onsuz evdən çıxmaq üçün özünə inam tapmaq lazımdır. Mən sadəcə düşündüm ki, bu ‘dəli qatardan’ düşmək istəyirəm. İlk düşənlərdən biri olub görmək istəyirəm – makiyajsız həyatda əslində nə baş verir,” – deyə aktrisa bildirib.
Pamela Anderson son illərdə təbii gözəllik ideyasını təbliğ edir və qırmızı xalça tədbirlərində belə makiyajsız görünür. Onun bu qərarı sosial şəbəkələrdə böyük rezonans doğurub.

Qeyd edək ki, daha əvvəl aktrisa imicini tam dəyişərək internetdə böyük maraq doğurmuşdu.

İmran Kərimli

Seçilən
24
1
tribunainfo.az

2Mənbələr