BAKI, 31 oktyabr. TELEQRAF
Rusiyanın “Kalaşnikov” konserni yaxın vaxtlarda “Goliaf” və “Karakurt” kəşfiyyat aparatlarının seriyalı istehsalına başlayacaq.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə konsernin baş direktoru Alan Luşnikov bildirib.
Onun sözlərinə görə, hazırda istehsala hazırlıq işləri aparılır.
"Bu, bizim şəxsi təşəbbüsümüzdür; onlar xüsusi əməliyyat zonasında uğurla sınaqdan keçirilir. Biz onları daha datəkmilləşdirəcəyik", - Luşnikov bildirib.
O qeyd edib ki, müştərilər tərəfindən bu dronlara ciddi maraq var.
"Goliaf" və "Karakurt" pilotsuz uçan aparatları operatorun əmri ilə günün istənilən vaxtında havada kəşfiyyat aparmaq, hədəfləri izləmək üçün nəzərdə tutulmuş kvadrokopterlərdir. Siqnal itərsə, dronlar geri dönür və sabit əlaqə bərpa olunana qədər bazaya qayıdır. Bu dronlar yığcam ölçülərinə görə əhalinin sıx olduğu yerlərdə istifadə üçün əlverişlidir.
 
                        