AZ

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədov barədə qərar verildi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Hürriyyət” qəzeti və “Hürriyyət TV”də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovla bağlı qərar verilib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının Vüqar Məmmədov barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimatına baxılıb.

Məhkəmə təqdimatı təmin edib. Vüqar Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

 

 

Seçilən
5
18
heftelik.az

10Mənbələr