“Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsi tərəfindən elan edilən tender ləğv edilib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tender Lənkəran, Yevlax və Naftalan Reabilitasiya Mərkəzlərinin inzibati binalarında cari təmir işlərinin satınalması ilə bağlı idi. Satınalmanın ehtimal olunan dəyəri 131.318,00 manat təşkil edirdi.
Satınalmanın ləğv edilmə səbəbi kimi təklif və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib. Bu, “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsaslanır.
Rəsmi məlumata əsasən, qanunda nəzərdə tutulan hallar baş verdikdə və ya nəzarət orqanı yekun protokolu təsdiqləmədikdə satınalma komissiyası satınalmanı ləğv edir.