AZ

İslam Rzayev haqda qərar verildi

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılan Balakənin sabiq icra başçısı İslam Rzayev məhkəməyə çıxarılıb.

“Qafqazinfo”nun məlumatına görə, istintaq orqanı külli miqdarda mənimsəmədə və təkrar rüşvət almaqda təqsirləndirilən şəxsin həbs edilməsini istəyib.

Səbail Rayon Məhkəməsi cinayətin ağırlığını, həmçinin istintaqın gedişatına ehtimal olunan təsiri nəzərə alaraq vəsatəti təmin edib.

Qərara əsasən İ.Rzayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, məhkəmədən birbaşa DTX-nin istintaq təcridxanasına aparılıb.

Qeyd edək ki, dünən Prezident İslam Rzayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Sail Ağasəlim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
12
qafqazinfo.az

10Mənbələr