GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus nümayəndələrinə Zəngilan şəhərindəki Konqres Mərkəzində “Zəngəzur dəhlizi – regional nəqliyyat şəbəkəsi” mövzusunda brifinq verilib.
Globalinfo.az xəbər verir ki, brifinqdə 51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıq nümayəndəsi iştirak edib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, oktyabrın 31-də ölkəmizdə akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutub.
Qeyd edək ki, bu, işğaldan azad olunmuş ərazilərə diplomatik korpus nümayəndələrinin 20-ci səfəridir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.