AZ

Elmira Rəhimova xəstəxanaya yerləşdirildi

19:00 31.10.2025
19:00 31.10.2025
Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib.   Mynews.az xəbər verir ki, bu barədə APA-ya xalq artistinin oğlu məlumat verib.   O deyib, Elmira Rəhimova hazırda Bakı Sağlamlıq Mərkəzində müalicə olunur.   "Anamın səhhətində bəzi problemlər yarandı və onu xəstəxanaya aparmaq qərarına gəldik. Təzyiq, şəkər və digər problemlər var", - o deyib.   Xəstəxanadan bildirilib ki, 84 yaşlı pasiyentimiz Elmira Rəhimovaya Mərkəzimizin terapiya şöbəsində nevroloq, endokrinoloq konsultasiyasi olunaraq, müvafiq müalicə üsulu təyin edilib: "Mərkəzimizin peşakar komandası tərəfindən stasionar şəraitdə müalicəsi aparılan pasiyentimizin vəziyyəti hal-hazırda yaxşıdır və yaxın günlərdə evə buraxılacaq".
Seçilən
15
23
mynews.az

10Mənbələr