AZ

“İmişli” “Qarabağ” oyununda 2 qol var VİDEO (Yenilənib)

Mia.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Misli Premyer Liqasının (PL) 10-cu turunda ilk oyun “Qarabağ” Futbol Klubu (FK) ilə “İmişli” FK arasında keçirilib. 

Stadionda oyunu izləyən Mia.az-ın əməkdaşının verdiyi məlumata əsasən, "Azərsun Arena"da başlayan görüşün birinci hissəsi qolsuz bitib.

İkinci hissənin 52-ci dəqiqəsində isə "Qarabağ" hesabı açıb - 1:0

82-ci dəqiqədə "Qarabağ" daha bir qola imza atıb - 2:0

Oyun bu hesabla bitib.

Yeri gəlmişkən, “İmişli” də zəif komanda deyil. Bu il Premyer Liqada debüt edir. Həm psixoloji, həm də fiziki hazırlıq nümayiş etdirirlər. Hazırda turnir cədvəlində “İmişli” 12 xalla 8-ci yerdədi.  "Qarabağ" 20 xalla liderlik kürsüsünə oturub.

Zülfiyyə Mustafayeva

Mia.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
mia.az

1Mənbələr