ain.az bildirir, Azertag portalına istinadən.
Tbilisi, 31 oktyabr, AZƏRTAC
Orta dəhlizdə yeni imkanlar yaranır, lakin ixtisaslı kadrlar olmadan buna nail olmaq mümkün deyil.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Biznes Assosiasiyasının icraçı direktorunun birinci müavini Akaki Saqaraşvili söyləyib.
Onun sözlərinə görə, Orta dəhliz istiqamətində yeni imkanlar formalaşıb və bu prosesdə infrastruktur və logistika əsas elementlərdir.
O bildirib ki, ölkədə ixtisaslı kadrların formalaşdırılması həlledici rol oynayır və peşəkar resurs olmadan yaranan potensial tam reallaşdırıla bilməz.
"Orta dəhliz istiqamətində yeni imkanlar açılır. Burada əsas komponent infrastruktur və logistikadır. Lakin, sonrakı biznes əməliyyatlarını operativ təmin edəcək ixtisaslı kadrlar olmasa, bütün bunlar öz məqsədinə nail olmayacaq. İxtisaslı kadrlar çağırışdır. Əminik ki, bütün bunlar təhsil islahatının fəaliyyət planında öz əksini tapacaq" – deyə, Saqiraşvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.