Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"İlkin olaraq, bağça-məktəb modelinə diqqət yetirilməlidir. Təəssüf ki, bəzi məktəb və bağçalarda işə götürülən şəxslər psixoloji baxımdan tam sağlam olmaya bilirlər. Bəzi pedaqoqların özlərinin psixoloji vəziyyəti normal deyil, amma onlar müəllim kimi fəaliyyət göstərirlər".Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib. "Hər bir pedaqoq tibbi yoxlamadan keçdiyi kimi, psixoloji qiymətləndirmədən də keçməlidir. Bu prosesə ciddi nəzarət olunmalıdır. Həmçinin uşaq psixologiyası ilə bağlı müəllimlər üçün mütəmadi və pulsuz təlimlər təşkil edilməlidir.
Uşaqların inkişaf səviyyəsi və psixoloji vəziyyəti fərqlidir. Bəziləri fikrini aydın ifadə edir, bəziləri isə çətinlik çəkir. Uşaq qorxudulmuş, evdə danlanmış və ya fikrini deməyə çəkinən ola bilər. İnkişafı zəif uşaqlar özlərini ifadə etməkdə çətinlik çəkir, digərləri isə bəzən nəzarətsiz qalır və aqressiv davranış göstərə bilir".O bildirib ki, uşağın əsas sosial mühiti ailədir və travmalar çox vaxt elə oradan qaynaqlanır:"Amma bu, bağçada travma baş verməyəcəyi anlamına gəlmir. Uşaqlarda güvən problemi, qorxu, həyəcan və digər psixoloji narahatlıqlar yarana bilər.
Buna görə də uşaqların psixologiyası daim nəzarətdə olmalıdır. Hər bir bağçada yalnız adı olan deyil, həqiqətən fəaliyyət göstərən psixoloqlar işləməlidir. Onlar uşaqları müşahidə etməli, vəziyyətlərini izləməli və inkişaflarına dəstək olmalıdırlar".Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.