AZ

"Qadın tərz seçərkən əvvəlcə öz bədən formalarını və güclü cəhətlərini tanımalıdır" - Stilist

"Qadın tərz seçərkən əvvəlcə öz bədən formalarını və güclü cəhətlərini tanımalıdır" - StilistHər bir qadının geyim tərzi onun xarakterini, zövqünü və həyat tərzini əks etdirir. Lakin bir çox qadın özünə hansı tərzin yaraşdığını tapmaqda çətinlik çəkir. Düzgün tərzi müəyyən etmək üçün ilk növbədə öz bədən quruluşunu, rəng tipini və şəxsiyyət xüsusiyyətlərini tanımaq vacibdir.

Stilist Günay Əliyeva BiG.AZ-a bildirib ki, qadın tərz seçərkən əvvəlcə öz bədən formalarını və güclü cəhətlərini tanımalıdır:

"Hər bir bədən tipi üçün fərqli kəsimlər və parçalar uyğundur. Məsələn, armud bədən tipinə malik qadınlar daha çox beli vurğulayan geyimlərdən istifadə etməlidirlər. Eyni zamanda, geyim rahat olmalı, qadını özündə sıxışdırmamalıdır. Rəng seçimi də vacib amildir. Dərinin, saçın və gözün rənginə uyğun tonlar seçilməlidir. Soyuq tonlu qadınlara pastel və gümüşü çalarlar, isti tonlulara isə qızılı və torpaq tonları yaraşır. Tərz yalnız geyimlə məhdudlaşmamalıdır. Tərz qadının davranışında, danışığında və baxışında da özünü göstərməlidir. Sadəcə trendləri izləmək yox, insanın özünü ifadə etdiyi bir üslub formalaşdırmaq vacibdir".

Seçilən
48
big.az

1Mənbələr