AZ

Hər ağac bir ümiddir – ekoloji dəyişiklik üçün bir addımdır!

Ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılması, ekoloji tarazlığın bərpası və gələcək nəsillər üçün sağlam mühitin formalaşdırılması məqsədilə payız əkini davam edir.

Ağacların təbiətə bəxş etdiyi əsas faydalar bunlardır:
- Hava keyfiyyətinin yaxşılaşması – Ağaclar karbon qazını udaraq oksigen istehsal edir, beləliklə təmiz və sağlam hava təmin olunur.
- İqlim dəyişikliyi ilə mübarizənin gücləndirilməsi - Ağaclar atmosferdəki karbonu udmaqla qlobal istiləşmənin qarşısını almaqda mühüm rol oynayır və yerli iqlimi tənzimləyir.
- Torpaq eroziyasına qarşı qoruma – Kök sistemi torpağı möhkəmləndirir, sürüşmə və sel risklərini azaldır.
- Bioloji müxtəlifliyin qorunması – Ağaclar quşlar, həşəratlar və digər canlılar üçün təbii sığınacaq və qida mənbəyidir.
- Su resurslarının mühafizəsi – Su dövranına yardım etməklə yeraltı suların qorunmasına kömək edir, yağan yağışın torpaqda daha uzun müddət qalmasına şərait yaradaraq, su resurslarının daha effektiv istifadəsinə imkan yaradır.
Birlikdə daha güclüyük!
-İqlim dəyişikliyinə qarşı mübarizədə öz töhfəni ver, torpaqlarımızı yaşıllaşdır və “Yaşıl Gələcək” portalı vasitəsilə sən də yaşıl sabahın memarlarından ol!
Seçilən
39
ekologiya.az

1Mənbələr