Avstraliyada kruiz gəmisinin 80 yaşlı sərnişini adada unudulub.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Sidneydən olan Suzan Ris “Coral Expeditions” şirkətinə məxsus olan “Coral Adventurer” gəmisində Avstraliyada turda idi.
“Lizard” Adasına yürüyüş səfərində olan Ris təpəyə qalxarkən halı pisləşdiyi üçün geri qayıtmağa qərar verib. Lakin iddia edilir ki, onu heç kim müşayiət etməyib və gəmi Risin itkin düşdüyünü bilmədən adadan yola düşüb.
Qızı Ketrin Ris anasının ölümündə şirkəti ittiham edib.
Qəzet xəbərlərinə görə, yaşlı sərnişinin yoxluğu axşam yeməyində olmadığı üçün yoxluğu üzə çıxıb. Gəmi ertəsi gün səhər tezdən adaya geri qayıdıb. Risin cəsədi adanın piyada yolundan təxminən 50 m aralıda uçurumdan və ya yamacdan düşmüş halda tapılıb.
Kvinslend Polisi ölümün "şübhəli olmadığını" və hadisənin araşdırılacağını açıqlayıb.
Avstraliya Dəniz Təhlükəsizliyi İdarəsi (AMSA) Risin gəmidə olmamasının nə üçün diqqət çəkmədiyini araşdırır. Hadisə həmçinin Peşə Sağlamlığı və Təhlükəsizliyi İdarəsi tərəfindən də araşdırılır.
Billurə
