Avropa İttifaqına (Aİ) üzvlük Serbiya üçün strateji məqsəd olaraq qalır, çünki bu, sürətli inkişafa və vətəndaşları üçün daha yaxşı həyata aparan yoldur.
Busaat.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Aİ-nin Belqraddakı daimi nümayəndəliyinin rəhbəri Andreas fon Bekkerat ilə görüşündən sonra deyib.
“Avropa inteqrasiyası və Aİ-yə üzvlük bizim strateji prioritetimiz olaraq qalır, çünki bu, təkcə geosiyasi seçim deyil, həm də ölkə üçün daha sürətli inkişafa və vətəndaşlarımız üçün daha yaxşı yaşayışa aparan yoldur.
Biz Serbiyanın tərəqqisi üçün əsas olan islahatları, o cümlədən qanunun aliliyi islahatları, demokratik təsisatların gücləndirilməsi və şəffaflığın artırılmasını davam etdirmək əzmindəyik”,-Vuçiç yazıb.
Yeganə