Misli Premyer Liqasının X turunun "Qarabağ" - "İmişli" matçından (2:0) sonra ev sahiblərinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
"Rəqibin baş məşqçisinə təşəkkür edirəm. Oyunun yerinin dəyişməsinə razı oldular. Matçdan əvvəl də ona təşəkkürmü bildirdim. Sağ olsunlar. Çox vacib qalibiyyət idi. İntizamlı komandaya qarşı oynayırdıq. Birinci hissədə çox düzgün müdafiə olundular, təhlükəli əks-hücumları oldu. Penalti qazandılar. Oyundan qopmadıq, sona qədər çalışdıq ki, oyun intizamını qoruyaq. İkinci hissə temp artdı, topdan daha tez oynamağa başladıq. Sonda qələbə oldu. Çox vacib idi. Çempionatda bütün oyunlar bu məcrada keçəcək, elə görünür. Oyundan-oyuna görünür ki, hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq. Futbolçular üçün çox düşünmək lazımdır. Qarşıdakı matçlarda da ciddi olaraq, liderlər sırasında mübarizəmizi davam etdirəcəyik. "İmişli"yə də uğurlar. Qısa vaxtda yaxşı təşkilatlanmış komandadır".
- Komandanın formasını tam bərpa etmədiyi görünür. Əvəzetmələri bilərəkdən sona saxladız ki, komanda "Çelsi" ilə oyunöncəsi daha çox forma yığsın?
- Hər bir oyunçunun daha çox oynamağa ehtiyacı var. 60 dəqiqə bəzi oyunçular üçün belə matçlar öncəsi azdır. Oyun da pis getmirdi. Matçın gedişatına görə də etdik. Kamilo Duran da çox sprint etdi, güc sərf etdi. Təhlükəli idi də, belə oyunöncəsi ehtiyatlandıq. Nəriman Axundzadə və Emmanuel Addainin də oyunda olmasını istədim. Qarşıdakı pressinqi saxlamaq üçün əvəzetmə etdik.
- Premyer Liqa klubları taktikanızı çözüblər, daha çox müdafiəyə çəkilirlər və futbolçularınız yorulur. Bu cür davam etsə, nə kimi yeniliklər tətbiq edəcəksiz?
- Tətbiq edəcəyim bir şey yoxdur. Yenilik də yoxdur. Futbol pas oyunudur. Biz bütün diqqətimizi, işimizi onun yaxşılaşdırmaq üçün görürük. Daha dinamik oynamağa çalışmalıyıq. Dünən "Çelsi"nin baş məşqçisi deyir ki, bəzi komandalar bizə beşli müdafiə ilə oynayır deyə, onu yarmaq çətindir. Tək biz şikayət etmirik. Biz daha çox yaradıcı olmaq istəyirik ki, qol şanslarımız çox olsun. Bunda uğur daha çoxdur, davamiyyətlidir. Futbol, sistem inkişaf edib. Biz də buna hazır olmalıyıq. Maraqlıdır. Futbolçu meydanda daha çox düşünməli olur. Hardasa bacarırıq, hardasa da alınmır.
“Qarabağ” - “Çelsi” matçına 27250 bilet satılıb
Quliyev Samir Abasova inanır: “Ona vaxt vermək lazımdır”
Emreli üçün yeni şans: İtaliya və Polşadan təkliflər var
Azərbaycanlı futbolçu istəyinə çatacaq: MİLLİDƏ DEBÜT EDƏ BİLƏR
Prins Ovusu “Qəbələ”nin tarixinə düşüb