AZ

Qaxda yol polisi azyaşlı piyadaları maarifləndirib

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

“Piyadalar, diqqətli olun!” adlı hərəkətin təhlükəsizliyi həftəliyi ilə əlaqədar Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində profilaktik tədbirlər keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirlər çərçivəsində rayonun Güllük kənd tam orta məktəbində şagirdlərlə görüş keçirilib. Onlara piyada keçidlərindən necə istifadə etmələri, hansı halda yolu keçmələri, eləcə də digər yol-hərəkəti qaydaları əyani şəkildə izah edilib.

Həmçinin təhlükəsiz davranış vərdişləri və yol nişanları ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
4
unikal.az

5Mənbələr