Qazaxıstan 2028 və ya 2029-cu ildə keçiriləcək UEFA Konfrans Liqasının final oyunlarından birinə ev sahibliyi etmək üçün rəsmi müraciət edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əgər Qazaxıstana final matçının təşkili hüququ verilsə, həlledici qarşılaşma Almatı və ya paytaxt Astana şəhərindəki stadionlardan birində keçiriləcək.
Finala ev sahibliyi etmək üçün Qazaxıstanla yanaşı bir neçə Avropa ölkəsi də müraciət edib. Namizədlər arasında Fransanın Lill şəhərindəki “Pyer-Morua”, Macarıstanın Budapeşt şəhərindəki “Puşkaş Arena”, İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionu, Polşanın Qdansk şəhərindəki “Arena Qdansk” və Finlandiyanın Helsinki Olimpiya Stadionu da yer alır.
UEFA qərarını yaxın aylarda açıqlayacaq.