BAKI, 31 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesueladakı hərbi obyektlərə hücum etmək qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə "The Miami Herald" mənbələrə istinadən məlumat verib.
Bildirilir ki, planlaşdırılan zərbələr Cartel de los Soles narkokartelinin istifadə etdiyi obyektləri hədəf alacaq. Mümkün hücumun məqsədinin “kartelin iyerarxiyasının başını kəsmək” olduğu qeyd edilir.
Bir sıra ekspertlər hesab edir ki, ABŞ ordusu narkotik kartelləri ilə mübarizə çərçivəsində Venesuelada bir neçə obyekti ələ keçirmək üçün əməliyyat keçirməyə hazırdır.