ABŞ və Çin arasında "Ay yarışı" başlayır və Çinin liderliyi ələ keçirmək şansı var.
Publika.az xəbər verir ki, bunu MEPhI Milli Tədqiqat Nüvə Universitetinin Kosmik Tədqiqatlar və Texnologiyalar Mərkəzinin direktoru Yevgeni Stepin "RİA Novosti"yə bildirib.
"İndi ABŞ və Çin arasında yeni bir "Ay yarışı"ndan danışa bilərik və Çinin liderliyi ələ keçirəcəyini demək üçün obyektiv amillər var. Əsas amil proqramını metodik və sistemli şəkildə həyata keçirilməsidir", - Stepin deyib.
Ekspert qeyd edib ki, ABŞ proqramına daha erkən başlamasına baxmayaraq, çoxsaylı gecikmələrlə üzləşib.
Stepinin sözlərinə görə, Çin Ay proqramının bütün əsas komponentlərinin kritik yerüstü sınaqlarını uğurla başa çatdırıb. Eyni zamanda, ABŞ Aya eniş üçün əsas komponent olan eniş aparatının hazırlanmasında çətinlik çəkir və onlar hələ də bir sıra mürəkkəb texniki problemləri həll etməlidirlər.