AZ

Rusiya avropalı rəsmilərin və aktivistlərin ölkəyə girişini qadağan edir

Rusiya avropalı rəsmilərin və aktivistlərin ölkəyə girişini qadağan edir

Rusiya, AB-nin 19-cu sanksiya paketinə cavab olaraq, Ukraynaya hərbi yardım göstərməkdə və rus aktivlərinin müsadirə olunmasına cəhd göstərməkdə məsul sayılan bəzi Avropa və digər Qərb ölkələrinin dövlət strukturları əməkdaşlarının ölkəyə girişini qadağan edib.

AFN.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında qeyd olunur ki, qadağa güc strukturları, dövlət və kommersiya təşkilatları əməkdaşları, həmçinin AB üzvü və digər Qərb ölkələrinin vətəndaşları üçün nəzərdə tutulub. Onlar Ukraynaya hərbi və ikili təyinatlı məhsul tədarüklərini təşkil etməkdə, Rusiya ərazisinin bütövlüyünü pozmaqda və rus gəmiləri ilə yüklərin hərəkətini bloklamaqda ittiham olunurlar.

Açıqlamada həmçinin vurğulanır ki, qadağaya AB strukturlarının nümayəndələri, elmi ictimaiyyət və vətəndaş aktivistləri, rusofobik ritorika ilə fərqlənən şəxslər, AB ölkələrinin deputatları və Avropa Parlamentinin üzvləri, eləcə də Rusiya əleyhinə qətnamələr və qanun layihələrinə səs vermiş siyasətçilər daxildir. Nazirlik bu addımı Moskva ilə digər dövlətlər arasındakı münasibətlərə zərər verməyə çalışan şəxslərə qarşı tədbir kimi təqdim edib.

Seçilən
22
afn.az

1Mənbələr