AZ

“Qarabağ” “İmişli”ni məğlub edərək liderliyə yüksəldi

Futbol üzrə Misli Premyer Liqasında X tura start verilib.

90deqiqe.Az-ın məlumatına görə, turun açılış oyununda “Qarabağ” “İmişli”ni qəbul edib.

“Azərsun Arena”da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun hər iki qolu ikinci hissədə vurulub. 52-ci dəqiqədə Abdullah Zubir penalti zərbəsindən fərqlənib, 82-ci dəqiqədə isə Emmanuel Addai matçın yekun nəticəsini müəyyənləşdirib.

Bu qələbə sayəsində bir oyun az keçirən “Qarabağ” xal sayını 20-yə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. “İmişli” isə 12 xalla 8-ci pillədə qalıb.

Qeyd edək ki, Misli Premyer Liqasının X turuna noyabrın 2-də yekun vurulacaq.

Seçilən
31
9
90deqiqe.az

10Mənbələr