AZ

Avropa çempionu olan Azərbaycan ağırlıqqaldıranı yeni rekord müəyyənləşdirib

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Ravin Alməmmədov Albaniyanın Dürres şəhərində keçirilən Avropa çempionatının qalibi adını qazanıb.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 79 kiloqram çəki dərəcəsində mübarizə aparan R. Alməmmədov birdən qaldırma hərəkətində 151 kiloqram çəkini ram etməyi bacarıb. Təkanla qaldırma hərəkətində 189 kiloqram ağırlığı başı üzərinə qaldıran Alməmmədov toplamda 340 kiloqram nəticə göstərib. Beləliklə, birdən qaldırmada bürünc, təkanla qaldırma hərəkətində isə qızıl medal qazanan idmançı toplamda Avropa çempionatının qalibi olub.

O, eyni zamanda, təkanla qaldırma hərəkətində və toplamda Avropa çempionatının rekordunu müəyyənləşdirib. Mükafatçılara medalları Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”nun üzvü və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov və AAF-ın Avropa birinciliyindəki nümayəndəsi Azər Əlizadə təqdim ediblər.

Seçilən
4
9
90deqiqe.az

10Mənbələr