"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda 8 noyabr - Zəfər Günündə iştirakı nəzərdən keçirilir".
Teleqraf verir ki, bunu Türkiyənin gənclər və idman nazirinin müavini Enes Eminoğlu deyib.
“Qarabağın işğaldan azad edilməsi bizim üçün böyük Zəfərdir. Həmin dövrdə biz “Qarabağ Azərbaycandır” deyə səsimizi ucaltdıq" - nazir müavini bildirib.