AZ

“İsrail Qəzzada baş verənlərə görə günahsız ola bilməz” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsrail Qəzza zolağında baş verənlərə görə günahsız sayıla bilməz.

Busaat.az xəbər verir ki, Ərdoğan bu barədə İstanbulda “TRT World” Forumunda çıxışı zamanı deyib.

“İki il ərzində bütün dünyanın gözü qarşısında İsrail hökuməti 20 mindən çoxu uşaq olmaqla 70 min Qəzzalı qətlə yetirib. İsrailin hücumları nəticəsində 170 mindən çox fələstinli bacı və qardaşımız yaralanıb. Qəzzada demək olar ki, toxunulmamış bir bina qalmayıb. Məktəblər, kilsələr, məscidlər və xəstəxanalar qəsdən hədəfə alınıb. Bəziləri İsrailin günahsız olduğunu deyir. Necə günahsız ola bilər? İsrailin nüvə silahı, ən güclü bombaları var.

İsrailin Qəzzanı istədiyi vaxt və istədiyi kimi vurmaq imkanı var. Necə günahsız ola bilər?”,-deyə Ərdoğan bildirib.

Yeganə

 

Seçilən
14
busaat.az

1Mənbələr