ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
“Gənc MÜSİAD”-ın təşkilatçılığı ilə keçiriləcək Avrasiya Gənc İş Adamları Forumu (EYBF2025) öncəsi görüş təşkil olunub.
Bizimyol.info xəbər verir ki, görüşdə edən İstanbuıl Bahçeşehir Universitenin rektoru Prof. Dr. Esra Hatipoğlu çıxış edib: "Sürətlə dəyişən dünyada birgə əməkdaşlıqla bir çox məsələlərin həllində aktiv iştirak edə bilərik. Süni intellektlə transformasiya keçirən qlobal proseslərdə təsir imkanlarına malik olmalıyıq. Təcrübəmizi gənc nəslin nümayəndələri ilə bölüşməliyik".
Prof. Dr. Esra Hatipoğlu EYB2025 Baku tədbirindən gözləntilərini qeyd edib və forumun gələcək üçün önəmli məsələlərin həllyönümlü müzakirəsini təqdirəlayiq olduğunu vurğulayıb.
Qeyd edək ki, sabah Bakıda “Gənc MÜSİAD”-ın təşkilatçılığı ilə keçiriləcək Avrasiya Gənc İş Adamları Forumu (EYBF2025) öncəsi təşkil olunan görüşdə Türkiyə Cümhuriyyətinin Gənclər və İdman nazirinin müavini Enes Eminoğlu, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner və İstanbuıl Bahçeşehir Universitenin rektoru Prof. Dr. Esra Hatipoğlu və universitetin nümayəndələri iştirak edib.
Orxan Musabəyli, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.