AZ

Azərbaycanla Türkiyə əməkdaşlığı Xəzərin şərqindəki Türk Dünyasına doğru genişlənib, inkişaf edir

Bizimyol saytına istinadən ain.az xəbər verir.

“Gənc MÜSİAD”-ın təşkilatçılığı ilə keçiriləcək Avrasiya Gənc İş Adamları Forumu (EYBF2025) öncəsi görüş təşkil olunub.

Bizimyol.info xəbər verir ki, sabah Bakıda “Gənc MÜSİAD”-ın təşkilatçılığı ilə keçiriləcək Avrasiya Gənc İş Adamları Forumu (EYBF2025) öncəsi təşkil olunan görüşdə Türkiyə Cümhuriyyətinin Gənclər və İdman nazirinin müavini Enes Eminoğlu, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner və İstanbul Bahçeşehir Universitenin rektoru Prof. Dr. Esra Hatipoğlu və universitetin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün siyasi müttəfiqliyin, iqtisadi və mədəni tərəfdaşlığa da qapı açdığını qeyd edib.

Türk Dövlətləri Təşkilatının fəaliyyətindən və "Orta Dəhliz"in gələcəyindən bəhs edən səfir, "Gənc MÜSİAD" tərəfindən sabah keçiriləcək forum iştirakçılarına uğurlar arzu edib.

Orxan Musabəyli, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
icma.az

1Mənbələr