AZ

“Azərkosmos”un peyk telekommunikasiya xidmətlərinin ixracı 5% azalıb


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 41 ölkəsinə 13,2 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) məlumat yayıb.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilkə müqayisədə peyk telekommunikasiya xidmətlərinin ixracı 5% azalıb. Belə ki, ötən ilin yanvar-sentyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 50 ölkəsinə 13,9 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac olunub.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 3,5 milyon dollar ilə Birləşmiş Krallıq, 2,6 milyon dollar ilə Lüksemburq, 717,6 min dollar ilə İsveç, 635,8 min dollar ilə Nigeriya, 614,3 min dollar ilə Türkiyə qərarlaşıb.

Elnur Əli
Seçilən
5
4
yeniavaz.com

5Mənbələr