AZ

“Barselona” futbolçuları fiziki hazırlıqdan narazıdırlar

“Barselona” futbolçuları komandadakı fiziki hazırlıq səviyyəsindən narazılıq edirlər.

90deqiqe.Az “RAC1”ə istinadən xəbər verir ki, oyunçular hesab edirlər ki, məhz bu amil həm zədələrin çoxalmasında, həm də nəticələrin zəifləməsində əsas rol oynayır.

Bir çox futbolçu fərdi məşqçilərlə işləməyə başlayıb. Onların fikrincə, komanda məşqlərində əzələlərin gücləndirilməsinə və optimal fiziki formanın qorunmasına yetərincə diqqət ayrılmır.

Qeyd edək ki, ötən mövsüm 2020-ci ildən bəri “Barselona” üçün zədələrin ən az qeydə alındığı mövsüm olmuşdu – cəmi 20 zədə. Lakin cari mövsüm öncəsi idman direktoru Deko fiziki hazırlıq şöbəsinin əvvəlki heyətini dəyişib.

İspaniya La Liqasının 10 turundan sonra “Barselona” 22 xal toplayaraq turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Kataloniya təmsilçisi lider “Real”dan 5 xal geri qalır.

Seçilən
12
90deqiqe.az

1Mənbələr