AZ

İslam Rəhimov Kişinyovda U-23 Avropa çempionu olub

Bakı. Trend:

Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatıstart götürüb.

Trend xəbər verir ki, ilkyarış günündə milli komandamız aktivinə bir qızıl medalyazdırıb.

-66 kq çəki dərəcəsində çıxış edən İslam Rəhimov finaldaNiderland idmançısı Yoxem van Harten üzərində əzmkar qələbəqazanaraq çempion olub.

Turnirə 1/16 finaldan başlayan İslam Rəhimov ardıcıl olaraqslovakiyalı Roman Dekan və xorvatiyalı Dani Klaçarı mübarizədənkənarlaşdırıb. Növbəti görüşdə Ermənistan idmançısı JirayrHambaryanı məğlub edən cüdoçumuz final yolunda son olaraq NazarViskova qalib gəlib.

Qeyd edək ki, İslam Rəhimov 4 il öncə yeniyetmələr arasındaAvropa çempionu tituluna yiyələnmişdi.

Seçilən
26
11
az.trend.az

10Mənbələr