AZ

Neymar A seriyasında oynayacaq?

Neymarın bundan sonrakı karyerası ilə bağlı növbəti iddia ortaya atılıb.

"Football-plus.az" xəbər verir ki, braziliyalı hücumçu İtaliyaya gələ bilər.

Ulduz futbolçunun karyerasını Avropanın bu ölkəsində davam etdirə biləcəyini “Tuttosport” qəzeti xəbər verib. 33 yaşlı futbolçunun transferində “İnter”maraqlıdı. Xəbərdə artıq Milan klubunun Neymarın komandaya cəlb olunması üçün danışıqlara başladığı da qeyd edilib.

Təcrübəli futbolçunun “Santos”la müqaviləsinin müddəti dekabrın 31-nə qədərdi. Tərəflər hələ ki əməkdaşlığın yenilənməsi ilə bağlı danışıqlara başlamayıblar.

Seçilən
23
1
football-plus.az

2Mənbələr