AZ

Venesuela ABŞ-nin təzyiqi fonunda Rusiyadan hərbi yardım istəyib

Maturonun məktubunda raket, radar və modernləşdirilmiş təyyarələrin tədarükü tələb olunur...

Poliqon xəbər verir ki, The Washington Postun əldə etdiyi sənədlərə əsasən, Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın artan hərbi təzyiqləri fonunda Rusiyadan hərbi yardım istəyib. Mənbələrin bildirdiyinə görə, Maduro Rusiya rəhbərliyinə ünvanladığı məktubda ölkəyə raket sistemlərinin, radar avadanlıqlarının və modernləşdirilmiş döyüş təyyarələrinin göndərilməsini xahiş edib.

ABŞ son aylarda Karib hövzəsində öz hərbi varlığını gücləndirib, bu da Karakasda ciddi narahatlıq yaradıb. Pentaqonun bölgədə dəniz patrul əməliyyatlarını və kəşfiyyat uçuşlarını artırması Venesuela hakimiyyəti tərəfindən “təhlükə siqnalı” kimi qiymətləndirilir.

Məlumatlara görə, Maduro məktubunda Moskvanın dəstəyini “strateji zərurət” adlandırıb və iki ölkə arasında müdafiə əməkdaşlığının “ABŞ-ın regional təzyiqlərinə qarşı balans yarada biləcəyini” qeyd edib. Ekspertlər hesab edir ki, bu müraciət Venesuelanın uzunmüddətli iqtisadi və hərbi asılılığının daha da dərinləşdiyini göstərir.

Poliqon.info

Seçilən
16
11
poliqon.info

10Mənbələr