AZ

Qurban Qurbanov hücumçu transferi ilə bağlı danışdı

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov növbəti dəfə hücumçu transferi ilə bağlı məsələyə toxunub.

QOL.az xəbər verir ki, o, bu haqda Misli Premyer Liqasının 10-cu turunda bu gün “İmişıi” ilə matçdan (2:0) sonra təşkil edilən mətbuat konfransında danışıb.

Həmçinin oxuyun: “8 il əvvəlki "Qarabağ"dan daha yaxşıyıq” - Qurban Qurbanov

Jurnalistin “Neftçi" Vensan Abubakarı transfer edib. Siz isə fərqli transferlərə üstünlük verirsiniz, xaricdə II Liqadan oyunçular gətirirsiniz. Belə fikriniz olub ki, ulduz futbolçu transfer edəsiniz?” sualına Q.Qurbanovun cavabı belə olub:

“Xeyirli olsun. Samir Abasovun açıqlamasını gördüm. Ulduz futbolçuları 1-2 ay əvvəl gətirmək olmur. Deyib ki, 2 ay əvvəl oyunçular indi razılaşdığı qiymətə razılaşmırlar. Elə vəziyyətlər var ki, onunla ayaqlaşmalıyıq. Hər birimizin fərqli strategiyası var. Biz keyfiyyətli hücumçudan qaçmamışıq, onu əldə etməyə çalışmışıq. Əgər bizim sistemimizə uyğun olarsa, heç də keçən ildən az məbləğ təklif etmərik. Təbii ki, hücumçu üçün. Xeyli məbləğ təklif etdik, amma alınmadı. Futbolçu gəlmək istəmir, klubu səninlə "oynayır". Bir az qeyri-ciddi söhbətlər olur. Keyfiyyətli oyunçulara həmişə üstünlük vermişik. Şansımız olarsa, biz də istifadə edərik. Öz büdcəmizə, komandamıza uyğun addımlar atmağa çalışırıq”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
6
qol.az

8Mənbələr